SON DƏQİQƏ

Çelsi qələbəni son anda əldən verdi

Tarix:

7-05-2022, 20:31

/ 2 191 dəfə oxundu.
Çelsi qələbəni son anda əldən verdi

Premyer Liqanın 36-cı turunda "Çelsi” "Vulverhempton”u qəbul edib.

Lukaku 3 dəqiqəyə (56,58) 2 qol (birincisini penaltidən) vursa da, əsas vaxta əlavə olunmuş dəqiqələrdə (90+7) londonlular qələbəni əldən verib - 2:2.

Qeyd edək ki, komandanın keçmiş sahibi Roman Abramoviç klubun amerikalı milyarder Todd Boulinin rəhbərlik etdiyi konsorsiuma satılması üzrə müqaviləni məhz bu gün imzalayıb. Belə görünür ki, yeni sahibinin ayağı "Çelsi” üçün elə də düşərli olmayıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ