SON DƏQİQƏ

Boksçumuz erməni rəqibini darmadağın etdi

Tarix:

19-04-2022, 21:53

/ 1 490 dəfə oxundu.
Boksçumuz erməni rəqibini darmadağın etdi

Azərbaycanın daha bir boksçusu Bolqarıstanın paytaxtı Sofiyada keçirilən gənclər arasında Avropa çempionatında 1/4 final görüşünə çıxıb.

Federasiyanın Mətbuat xidmətindən GunAz.az-a verilən məlumata görə, 51 kq çəki dərəcəsində yer alan Amin Məmmədzadə bu raundda ermənistanlı Aren Aslamazyanla qarşılaşıb.

Rəqibinə 5:0 (29:28, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gələn boksçu onu vaxtından əvvəl yarışdan kənarlaşdırıb.

Məmmədzadə yarımfinala yüksəlməklə ən azı bürünc medalı təmin edən ikinci Azərbaycan boksçusu olub. Daha əvvəl Kənan Babayev (48 kq) Sofiyadan mükafatla ayrılacağını rəsmiləşdirib.


скачать dle 12.1

Şərhlər