SON DƏQİQƏ

Qalatasaray öz meydanında qalib gəldi

Tarix:

19-04-2022, 08:03

/ 1 768 dəfə oxundu.
Qalatasaray öz meydanında qalib gəldi

Futbol üzrə Türkiyə Super Liqasında XXXIII tura yekun vurulub.

 

Turun son oyununda "Qalatasaray” evdə aşağı dəstəyə düşməsi dəqiqləşən "Yeni Malatyaspor”la qarşılaşıb.

Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Cim-Bom”un heyətində qolları 51-ci dəqiqə Rayan Babel və 53-cü dəqiqədə Halil Dervişoğlu vurublar.

Bu qələbədən sonra xallarını 44-ə çatdıran "Qalatasaray” 12-ci sıraya yüksəlib. 20 xalı olan "Yeni Malatyaspor” isə sonuncu - 20-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, turnir cədvəlinə 72 xalla "Trabzonspor” başçılıq edir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ