SON DƏQİQƏ
» » Çempionlar Liqasında yarımfinalçılar bəlli oldu

Çempionlar Liqasında yarımfinalçılar bəlli oldu

Tarix:

13-04-2022, 08:06

/ 1 840 dəfə oxundu.
Çempionlar Liqasında yarımfinalçılar bəlli oldu

Aprelin 12-də futbol üzrə UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinin cavab görüşlərinə start verilib.

Cavab oyunları çərçivəsində Almaniyanın "Bavariya" İspanyanın "Vilyareal" klubunu qəbul edib.

İlk oyunda doğma azarkeşlər önündə Almaniya "Bavariya"sını 1:0 hesabı ilə məğlub edən La Liqa təmsilçisi cavab görüşdə 1:1 hesablı heç-heçəyə nail olub.

 

Oyunda ilk qolu 52-ci dəqiqədə Robert Levandovski vurub. Qonaqlar 88-ci dəqiqədə Samuel Çukvuezenin qolu ilə hesabı bərabərləşdiriblər. Bu nəticə ilə "Vilyarreal" yarımfinala vəsiqə qazanıb.

 

Digər oyunda İspaniyanın "Real Madrid" klubu doğma divarlar arasında turnirin son qalibi olan İngiltərənin "Çelsi" klubuna 2:3 hesabı ilə uduzsa da, ilk matçdakı qələbə (3:1) sayəsində adını növbəti mərhələyə yazdırıb.

Beləliklə, 1/2 finalda "kral klubu" "Atletiko" Madrid (İspaniya) - "Mançester Siti" (İngiltərə) cütünün qalibi ilə, "Vilyareal" isə "Liverpul" (İngiltərə) - "Benfika" (Portuqaliya) cütünün qalibi ilə görüşəcəklər.

скачать dle 12.1

Şərhlər