SON DƏQİQƏ

UEFA klublar üçün 240 milyon ayırır

Tarix:

8-04-2022, 22:24

/ 1 392 dəfə oxundu.
UEFA klublar üçün 240 milyon ayırır

UEFA klublara futbolçularının Avro-2024 və digər yarışlarda iştirakı üçün 240 milyon avro vəsait ayıracaq.

GunAz.az xəbər verir ki, bu barədə qurumun saytı məlumat yayıb.

Bildirilib ki, UEFA bu məbləği oyunçuların Avropa çempionatının seçmə və final mərhələsində, həmçinin Millətlər Liqasının növbəti iki ildə çıxışı üçün klublar arasında bölüşdürəcək.

2020/2021-ci və 2022/2023-cü il Millətlər Liqası, həmçinin Avro-2024-ün seçmə mərhələsində futbolçuların iştirakı üçün klublara 100 milyon avro ödəniləcək.

Futbolçuların Avro-2024-ün final turnirində iştirakının məbləği isə 130 milyon avrodan 140 milyon avroya qaldırılacaq.

Qeyd edək ki, Avro-2020-dən sonra UEFA 55 üzv assosiasiyanın 697 klubuna 200 milyon avro ödəyib.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ