SON DƏQİQƏ

“Qarabağ” və "Sabah"dan inamlı qələbə

Tarix:

2-04-2022, 23:15

/ 1 486 dəfə oxundu.
“Qarabağ” və "Sabah"dan inamlı qələbə

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXI tura start verilib.

GunAz.az xəbər verir ki, turun açılış matçında "Qarabağ" "Səbail"i qəbul edib. "Azersun Arena"da keçirilən görüş "köhlən atlar"ın 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda hesab erkən qolla açılıb. 3-cü dəqiqədə fərqlənən Leandro Andrade Ağdam klubunda ilk qolunu vurub. Kabo-verdeli yarımmüdafiəçi 41-ci dəqiqədə dubl edib. 53-cü dəqiqədə Ramil Şeydayev qonaqların növbəti dəfə məyus edib.

3 dəqiqə sonra yenidən səhnəyə çıxan Azərbaycan millisinin hücumçusu özünün 2-ci, komandasının isə 4-cü qolunun müəllifi olub.

62-ci dəqiqədə "dənizçilər" hesab arasındakı fərqi azaldıblar. Nikolas Raysel penaltini dəqiq yerinə yetirib.

Görüşdə son nöqtəni isə Elvin Cəfərquliyev qoyub. 86-cı dəqiqədə rəqib qapısına yol tapan müdafiəçi yekun hesabı müəyyənləşdirib.

Bu qələbədən sonra xallarını 49-a çatdıran "Qarabağ" liderliyini möhkəmləndirib. 11 xalı olan "Səbail" isə sonuncu - 8-ci pillədə qalıb.

Günün ikinci matçında "Sumqayıt" evdə "Sabah"la qarşılaşacaq.

Qeyd edək ki, tura aprelin 3-də keçiriləcək "Qəbələ" - "Keşlə" və "Neftçi" - "Zirə" matçları ilə yekun vurulacaq.

***

"Sumqayıt" "Sabah" komandasını qəbul edib. Qarşılaşma qonaqların 3-0 hesablı qələbəsi ilə yekunlaşıb.

Beləliklə, xalını 29-a çatdıran "Sabah" 5-ci pillədə yer alıb. "Sumqayıt" ardıcıl 12-ci matçında qələbəyə həsrət qalıb.


скачать dle 12.1

Şərhlər