SON DƏQİQƏ
» » Qran-pri: Şəhriyar yarımfinala heç-heçə ilə başladı

Qran-pri: Şəhriyar yarımfinala heç-heçə ilə başladı

Tarix:

30-03-2022, 22:43

/ 1 581 dəfə oxundu.
Qran-pri: Şəhriyar yarımfinala heç-heçə ilə başladı

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Almaniyanın paytaxtı Berlində təşkil olunan FİDE Qran-prisinın III mərhələsində ilk yarımfinal görüşünü keçirib.

GunAz.az xəbər verir ki, 37 yaşlı qrossmeyster ABŞ təmsilçisi Hikaru Nakamura ilə üz-üzə gəlib. Qara fiqurlarla oynayan Məmmədyarov 30-cu gedişdə "sülh"ə razılaşıb. Cavab qarşılaşması martın 31-də gerçəkləşəcək.

Əsasnaməyə görə, yarımfinal mərhələsi iki oyundan, ehtiyac yaranarsa, tay-breykdən ibarət olacaq.

Qran-pri iştirakçıları reytinq xalları da əldə edəcəklər. Qalib şahmatçı 13 xal, finalçı 10 xal, yarımfinalda uduzanlar 7 xal, qruplarda 2-ci yerin sahibləri 4 xal, 3-cü pilləni tutanlar 2 xal alacaqlar. Qrup sonuncularına isə xal verilməyəcək.


скачать dle 12.1

Şərhlər