SON DƏQİQƏ
» » Putinin atəşkəsin əldə edilməsi ilə bağlı 6 tələbi...

Putinin atəşkəsin əldə edilməsi ilə bağlı 6 tələbi...

Tarix:

19-03-2022, 22:59

/ 2 039 dəfə oxundu.
Putinin atəşkəsin əldə edilməsi ilə bağlı 6 tələbi...

Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı Ukraynada atəşkəsə nail olmaq üçün bir sıra tələblərini qeyd edib.

GunAz.az xəbər verir ki, bunu Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın "Hürriyet” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Ərdoğan müharibənin bitməsinə kömək etmək üçün Putin və Ukrayna Prezidenti Vladimir Zelenski arasında Türkiyədə görüş keçirməyi təklif edib. İ.Kalın əlavə edib kli, Putin dövlət başçıları səviyyəsində hər hansı danışıqlar baş tutmazdan əvvəl həll edilməli olduğunu söylədiyi tələblər irəli sürüb:

"Birincisi, Ukraynanın neytrallığı, yəni NATO-ya üzvlüyündən imtina etməsidir; ikincisi, Avstriya modeli kontekstində tərk-silah və qarşılıqlı təhlükəsizlik təminatlarıdır; üçüncüsü, Rusiya tərəfinin "denasifikasiya” adlandırdığı prosesdir; dördüncüsü Ukraynada rus dilinin geniş istifadəsinə maneələrin aradan qaldırılmasıdır. Hazırda davam edən danışıqlarda ilk dörd maddə üzrə müəyyən irəliləyiş əldə olunduğu güman edilir. Tam razılıq və ya müqavilənin imzalanmaq üzrə olması barədə danışmaq hələ tezdir”, - Kalın bildirib.

O əlavə edib ki, iki ən çətin tələb də var - Kiyevin Krımın ilhaqını və iki qondarma "respulika”ları tanımasıdır. Kalının sözlərinə görə, bu iki məsələ Ukrayna və beynəlxalq ictimaiyyət üçün qəbuledilməzdir.

"Əgər ilk dörd maddə ilə bağlı fikir və razılıq əldə olunarsa, o zaman beşinci və altıncı maddələr liderlər səviyyəsində müzakirə oluna bilər. Danışıqlar aparılarsa, bu, razılaşma və müharibəyə son qoymaq üçün bir fürsət ola bilər. Müzakirələr davam edərkən atəşkəs elanı, humanitar dəhlizlərin açılması və mülki insanların təxliyəsi həyati əhəmiyyət daşıyır".

Kalın onu da bildirib ki, Rusiya tərəfi uyğun bir rol oynamalıdır və Türkiyə lideri bunu Putinə xüsusi olaraq deyib.Axar.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ