SON DƏQİQƏ
» » Çempionlar Liqasının və Avropa Liqasının püşkü atılıb- YENİLƏNİB

Çempionlar Liqasının və Avropa Liqasının püşkü atılıb- YENİLƏNİB

Tarix:

18-03-2022, 16:52

/ 2 133 dəfə oxundu.
Çempionlar Liqasının və Avropa Liqasının püşkü atılıb- YENİLƏNİB

UEFA Avropa Liqasında cari mövsümün son püşkü atılıb.

İsveçrənin Nyon şəhərindəki tədbirdə əvvəlcə 1/4 mərhələsinin cütlükləri bəlli olub.

 

1/8 finalda Türkiyə "Qalatasaray”ını mübarizədən kənarlaşdıran İspaniya "Barselona”sı bu raundda Almaniyanın "Ayntraxt” (Frankfurt) klubu ilə qarşılaşacaq.

Püşkatma zamanı həmçinin final matçının nominal meydan sahibi də bəlli olub.

Avropa Liqası

1/4 final

"Leypsiq” (Almaniya) - "Atalanta” (İtaliya)

"Ayntraxt” (Almaniya) - "Barselona” (İspaniya)

"Vest Hem” (İngiltərə) - "Lion” (Fransa)

"Braqa” (Portuqaliya) - "Reyncers” (Şotlandiya)

Qeyd edək ki, 1/4 final matçları aprelin 7-si və 14-də, yarımfinal qarşılaşmaları aprelin 28-də və mayın 5-də olacaq. Final görüşü isə mayın 18-də İspaniyanın Sevilya şəhərindəki "Roman Sançes-Pisxuan” stadionunda oynanılacaq.

15:30

UEFA Çempionlar Liqasında 1/4 final və yarımfinal mərhələlərinin püşkü atılıb.

İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə bu raundların cütlükləri bəlli olub.

Turnirin son qalibi olan İngiltərə "Çelsi”si 1/4 finalda İspaniya nəhəngi "Real Madrid”lə üz-üzə gələcək.

Püşkatmada həmçinin final oyununun nominal meydan sahibi də bəlli olub.

Çempionlar Liqası

1/4 final

"Çelsi” (İngiltərə) - "Real Madrid” (İspaniya)

"Mançester Siti” (İngiltərə) - "Atletiko” (Madrid, İspaniya)

"Vilyarreal” (İspaniya) - "Bavariya” (Almaniya)

"Benfika” (Portuqaliya) - "Liverpul” (İngiltərə)

Yarımfinal

1. "Mançester Siti” (İngiltərə) - "Atletiko” (Madrid, İspaniya) / "Çelsi” (İngiltərə) - "Real Madrid” (İspaniya)

2. "Benfika” (Portuqaliya) - "Liverpul” (İngiltərə) / "Vilyarreal” (İspaniya) - "Bavariya” (Almaniya)

Final

2-ci cütün qalibi - 1-ci cütün qalibi

Qeyd edək ki, 1/4 finalın ilk oyunları 5-6 apreldə, cavab qarşılaşmaları isə 12-13 apreldə gerçəkləşəcək. Yarımfinalın ilk görüşləri 26-27 apreldə, cavab qarşılaşmaları 3-4 mayda olacaq. Final mayın 28-də Fransanın paytaxtı Parisdəki "Stad de Frans”da olacaq.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ