SON DƏQİQƏ
» » Bu gün "Neftçi" və "Qarabağ" oyunu keçiriləcək

Bu gün "Neftçi" və "Qarabağ" oyunu keçiriləcək

Tarix:

7-02-2022, 08:25

/ 2 460 dəfə oxundu.
Bu gün "Neftçi" və "Qarabağ" oyunu keçiriləcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında qış fasiləsi başa çatacaq.

 2021/2022 mövsümünün ikinci yarısı XV turun 2 oyunu ilə start götürəcək.

Turun açılış matçında "Keşlə" "Zirə"ni qəbul edəcək. "ASK Arena"da İnqilab Məmmədovun idarə edəcəyi görüş saat 16:00-da başlayacaq. Hazırda meydan sahibləri 14 xalla 6-cı, qonaqlar isə 22 xalla 4-cü pillədə qərarlaşıb.

Komandalar indiyədək ölkə çempionatında 25 dəfə üz-üzə gəliblər. Bunların 6-da "Keşlə", 9-da "Zirə" qələbə qazanıb. 10 oyunda isə qalib müəyyənləşməyib. Topların nisbəti də "qartallar"ın xeyrinədir - 32:27. "Zirə" son 6 oyunda uduzmayıb. "Keşlə" isə üç matçdır rəqibinə qol vura bilmir.

Günün ikinci oyunu Azərbaycan derbisi ilə əlamətdar olacaq. Turun mərkəzi qarşılaşmasında 33 xalla turnir cədvəlinə başçılıq edən "Qarabağ" və 22 xalla 3-cü sırada yer alan "Neftçi" münasibətlərinə aydınlıq gətirəcək. Tofiq Bəhramov adına Respublika stadionundakı matç saat 19:00-da başlayacaq. Görüşü Kamal Umudlu idarə edəcək.

Ağdam klubunda zədəlilər Xayme Romero və Şahruddin Məhəmmədəliyevlə yanaşı, cəzalı olan Patrik Andrade də vacib oyunu buraxacaq. Paytaxt təmsilçisində isə yeganə itki qapıçı Aqil Məmmədovdur.

Bu, komandaların Premyer Liqadakı 86-cı dueli olacaq. İndiyədək baş tutmuş 85 qarşılaşmada "köhlən atlar" rəqibini 32 dəfə məğlub edib. 23 oyun "ağ-qaralar"ın xeyrinə başa çatıbsa, 30 oyun heç-heçə ilə yekunlaşıb. "Qarabağ"ın vurduğu 98 qola "Neftçi" 77 topla cavab verib. Son 6 matçda bərabərlik qeydə alınmayıb. Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv son iki oyunda rəqibinə qalib gəlib.

Azərbaycan Premyer Liqası

XV tur

7 fevral (bazar ertəsi)

16:00. "Keşlə” – "Zirə”
Hakimlər: İnqilab Məmmədov, Nahid Əliyev, Rəhman İmami, Əliyar Ağayev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
"ASK Arena”.

19:00. "Neftçi” – "Qarabağ”
Hakimlər: Kamal Umudlu, Kamran Bayramov, Müslüm Əliyev, Fərid Hacıyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
"Bakcell Arena”.

Qeyd edək ki, tura fevralın 8-də keçiriləcək "Sabah" - "Qəbələ" və "Səbail" - "Sumqayıt" oyunları ilə yekun vurulacaq.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ