SON DƏQİQƏ
» » "Neftçi" və "Qarabağ" oyununa biletlər artıq satışda

"Neftçi" və "Qarabağ" oyununa biletlər artıq satışda

Tarix:

5-02-2022, 19:05

/ 2 354 dəfə oxundu.
"Neftçi" və "Qarabağ" oyununa biletlər artıq satışda

Azərbaycan Premyer Liqasının XV turunda keçiriləcək "Neftçi"-"Qarabağ" oyununun biletləri satışa çıxarılıb.

Qiyməti 3A sektoruna 5 manat, digər sektorlara isə 1 manat təşkil edən biletləri "Bakcell Arena”nın kassalarından əldə etmək mümkündür.

Kassalar bu gün saat 18:00-dək, sabah 11:00-dan 18:00-dək, oyun günü isə 11:00-dan 19:00-dək işləyəcək.

 

Qeyd edək ki, fevralın 7-də oynanılacaq "Neftçi" - "Qarabağ" qarşılaşması saat 19:00-da start götürəcək.

Ağdam klubu 14 turdan sonra 33 xalla liderdir, son ölkə çempionu 22 xalla 3-4-cü yerləri bölüşdürür.

скачать dle 12.1

Şərhlər