SON DƏQİQƏ
» » DÇ-2022: Kanada və ABŞ görüşünün nəticəsi

DÇ-2022: Kanada və ABŞ görüşünün nəticəsi

Tarix:

31-01-2022, 08:27

/ 1 508 dəfə oxundu.
DÇ-2022: Kanada və ABŞ görüşünün nəticəsi

Kanadanın yığma komandası Şimali və Mərkəzi Amerika və Karib Hövzəsi Futbol Konfederasiyası (CONCACAF) komandaları arasında 2022-ci ildə keçiriləcək futbol üzrə dünya çempionatının seçmə turnirinin onuncu turunda öz meydanında ABŞ-ı 2:0 hesabı ilə məğlub edib.

Qolları Kayl Larin (7-ci dəqiqə) və Samuel Adekuqbe (90+5) vurub.

"Beşiktaş”ın 26 yaşlı hücumçusu Larin üçün bu qol Kanada yığmasında 23-cü olub.

Beləliklə, Kanada komandası 10 görüşdən sonra 22 xal toplayıb və təsnifat turnir cədvəlində birinci yeri tutur, amerikalılar 18 xalla ikinci yerdədir. Növbəti oyunda kanadalılar fevralın 3-də Salvador millisi ilə səfərdə oynayacaq, amerikalılar isə həmin gün Honduras komandasını qəbul edəcəklər.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ