SON DƏQİQƏ

Şəhriyar Aniş Giri ilə heç-heçə etdi

Tarix:

17-01-2022, 23:56

/ 1 387 dəfə oxundu.
Şəhriyar Aniş Giri ilə heç-heçə etdi

Bu gün Niderlandın Veyk-an-Zee şəhərində "Tata Steel Masters” şahmat superturnirinin üçüncü turunun oyunları keçirilib.

GunAz.az xəbər verir ki, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov üçüncü turda Niderland şahmatçısı Aniş Giri ilə qara fiqurlarla mübarizə aparıb.

 

Şahmatçılar 21-ci gedişdə heç-heçəyə razılaşıblar.

Qeyd edək ki, şahmatçımız ötən iki turda rusiyalı şahmatçılar Daniil Dubov və Andrey Yesipenko ilə qarşılaşmaları da heç-heçə ilə baş vurub.

Dairəvi sistem üzrə keçirilən yarış 13 turdan ibarətdir. Turnirdə 14 şahmatçı iştirak edir.

 

Şəhriyar Aniş Giri ilə heç-heçə etdi

 


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ