SON DƏQİQƏ

Nazir cüdo yarışlarını izlədi

Tarix:15-01-2022, 22:43 Oxunub:1 241

Gənclər və İdman Nazirliyi və Azərbaycan Cüdo Federasiyası (ACF) tərəfindən təşkil edilən yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinin ikinci yarış gününə yekun vurulub.

ACF-nin mətbuat xidmətindən GunAz.az-a bildiriblər ki, bu gün yarışları izləyən gənclər və idman naziri Fərid Qayıbov 52 kiloqram çəki dərəcəsində qalib və mükafatçı qızları medallarla təltif edərək onlara uğurlar arzulayıb.

 

Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli, baş katibi Rəşad Rəsullu və federasiya prezidentinin müşaviri Natiq Bağırov nazirə qarşıdakı yarışlar, planlar və tədbirlər barədə məlumat veriblər.


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<