SON DƏQİQƏ

"Qarabağ"a yeni futbolçu transfer edilib?

Tarix:

7-01-2022, 08:13

/ 1 280 dəfə oxundu.
"Qarabağ"a yeni futbolçu transfer edilib?

"Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə Bolqarıstanın "Çerno More" klubunun portuqaliyalı vingeri Leandro Andradenin Ağdam təmsilçisinə keçdiyi barədə yayılan informasiyaya münasibət bildirib.

Bu barədə klub rəsmisi Fanat.az-a açıqlamasında belə deyib:

 

"Bəli, bu futbolçu danışıqlar apardığımız futbolçulardan biridir. Lakin Leandronun klubu ilə rəsmi müqaviləsi var. Hazırda danışıqlarımız davam edir. Danışıqlarımız müsbət nəticələnərsə, bu haqda rəsmi məlumat verəcəyik".

Qeyd edək ki, daha öncə "Qarabağ"ın Bolqarıstan "Çerno More"sindən Leandro Andradeni transfer etdiyi barədə xəbərlər yayılmışdı.

скачать dle 12.1

Şərhlər