SON DƏQİQƏ

Salah ilin ən yaxşısı seçildi

Tarix:

21-12-2021, 08:27

/ 1 438 dəfə oxundu.
Salah ilin ən yaxşısı seçildi

İngiltərədə azarkeşlər tərəfindən təsis edilən "Fans’ Footballer of the Year” ("Azarkeşlər arasında ilin futbolçusu”) mükafatının sahibi bəlli olub.

İngiltərəli azarkeşlər hesab edirlər ki, Premyer Liqada 2021-ci ilin ən yaxşı oyunçusu Məhəmməd Salahdır.

"Liverpul”un misirli hücumçusu 140 mindən artıq azarkeşin iştirak etdiyi səsvermənin qalibi olub.

İkinci yeri "Vest Hem” klubunun yarımmüdafiəçisi Deklan Rays tutub.

"İlk üçlüy”ü "Mançester Yunaytedin” yarımmüdafiəçisi Brunu Fernandes qapayıb.

Kriştianu Ronaldu siyahıda 14-cü yerdə qərarlaşıb.

скачать dle 12.1

Şərhlər