
Paris" və "Lion" komandaları arasında Fransa Kubokunun 1/32 final mərhələsinin oyunu yarımçıq dayandırılıb.
Buna azarkeşlər arasında baş vermiş kütləvi dava səbəb olub.
Əvvəlcə qonaq komandanın azarkeşləri rəqib fanatlara hücum çəkib. Tribunada başlayan münaqişə daha sonra meydançada davam edib. Nəticədə qarşılaşmanın ikinci hissəsi oynanılmayıb.
Qeyd edək ki, ilk hissədən sonra hesab 1:1 olub.