SON DƏQİQƏ

"Beşiktaş"dan daha bir qalibiyyət

Tarix:

13-12-2021, 08:13

/ 1 766 dəfə oxundu.
"Beşiktaş"dan daha bir qalibiyyət

Dekabrın 12-də futbol üzrə Türkiyə çempionatının XVI turu çərçivəsində keçirilən qarşılaşmada "Beşiktaş" doğma meydanda "Kayserispor”u qəbul edib.

Gərgin keçən görüşdə İstanbul təmsilçiləri qonaqları 4:2 hesabı ilə məğlub ediblər.

Günün digər matçında "Alanyaspor" səfərdə "Yeni Malatyaspor"u 6:2 hesabı ilə darmadağın edib. "Adana Dəmirspor" isə doğma meydanda "Girəsunspor"u minimal hesabla üstələyib - 1:0.

Tura dekabrın 13-də keçiriləcək "Sivasspor" - "Qalatasaray" və "Qaziantep" - "Fənərbağça" matçları ilə yekun vurulacaq. Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 39 xalla "Trabzonspor" başçılıq edir. Ondan 9 xal geri qalan "Konyaspor" ikinci, sonuncudan bir xal geri qalan "Hatayspor" isə üçüncü pillələrdə qərarlaşıblar.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ