
Fransanın PSJ klubunun futbolçusu Neymar Braziliya millisinin düşərgəsində zədələnib.
29 yaşlı hücumçu tibbi müayinədən keçib və onun əzələsində problem yarandığı məlum olub.
Neymarın bu səbəbindən Fransa çempionatında "Nant"a qarşı oyunda iştirak etməyəcəyi dəqiqləşib. Çempionlar Liqasının qrup oyununda "Mançester Siti"yə qarşı meydana çıxıb-çıxmayacağı isə sual altındadır.