
Sloveniyanın Çatej şəhərindəki şahmat üzrə Avropa çempinonatında V turun görüşləri keçirilib.
GunAz.az xəbər verir ki, ilk 4 turu 3 qələbə və 1 heç-heçə ilə başa vuran kişilərdən ibarət Azərbaycan komandası Rusiya ilə qarşılaşıb. Görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
Qadın yığması isə Ukrayna ilə üz-üzə gəlib. Bu görüşdə də eyni hesab qeydə alınıb.