SON DƏQİQƏ

DÇ: Serbiya buna görə mükafat alacaq?

Tarix:

15-11-2021, 20:30

/ 1 238 dəfə oxundu.
DÇ: Serbiya buna görə mükafat alacaq?

2022-ci il dünya çempionatının final mərhələsinə vəsiqə qazanan Serbiya millisinə veriləcək mükafatın məbləği bəlli olub.

Yığma üzvlərinə ümumilikdə 1 milyon avro bonus ödəniləcək.

Ölkə prezidenti Aleksandr Vuçiçin vəd etdiyi məbləğ artıq Serbiya Futbol İttifaqının hesabına köçürülüb.

Qeyd edək ki, Azərbaycan millisi ilə birlikdə A qrupunda mübarizə aparan Serbiya yığması son turda səfərdə Portuqaliyanı 2:1 hesabı ilə məğlub edərək final mərhələsinə birbaşa vəsiqə əldə edib. Dünya çempionatı gələn il 21 noyabr - 18 dekabrda Qətərdə keçiriləcək. Bu, qış vaxtı təşkil olunacaq ilk mundialdır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ