SON DƏQİQƏ
» » ÇL-nın son oyunlarının nəticələri: Barselonadan İLK QƏLƏBƏ

ÇL-nın son oyunlarının nəticələri: Barselonadan İLK QƏLƏBƏ

Tarix:

21-10-2021, 08:01

/ 1 843 dəfə oxundu.
ÇL-nın son oyunlarının nəticələri: Barselonadan İLK QƏLƏBƏ

UEFA Çempionlar Liqasının qrup mərhələsində III turun daha 2 matçı baş tutub.

Hər iki qarşılaşmada meydan sahibləri qələbə qazanıblar.

E qrupunda İspaniya "Barselona"sı evdə Ukraynanın "Dinamo" (Kiyev) komandasını 1:0 hesabı ilə məğlub edib. Yeganə qolu 36-cı dəqiqədə Jerar Pike vurub. Bu, Kataloniya təmsilçisinin cari mövsüm turnirin qrup mərhələsində ilk qalibiyyəti olub.

G qrupunda isə Almaniya "Volfsburq"u Avstriyada "Zaltsburq"la üz-üzə gəlib. Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

***

Günün digər matçlarının nəticələri aşağıdakı kimidir:

"Benfika" (Portuqaliya) - Bavariya" (Almaniya) - 0:4

"Yanq Boyz" (İsveçrə) - "Vilyarreal" (İspaniya) - 1:4

"Mançester Yunayted" (İngiltərə) - "Atalanta" (İtaliya) - 3:2

"Lill" (Fransa) - "Sevilya" (İspaniya) - 0:0

"Çelsi" (İngiltərə) - "Malmö" (İsveç) - 4:0

"Zenit" (Rusiya) - "Yuventus" (İtaliya) - 0:1

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ