
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində daha 2 erməni hərbçisinin meyiti tapılıb.
GunAz.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Meyitlərin Füzulidə tapıldığı bildirilib.
Bununla da 14 noyabr 2020-ci ildən bəri axtarışlar nəticəsində tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1680-ə çatıb.