SON DƏQİQƏ

Real Valensiyanı məğlub etdi

Tarix:

20-09-2021, 08:12

/ 4 367 dəfə oxundu.
Real Valensiyanı məğlub etdi

Futbol üzrə İspaniya çempionatının beşinci turunun oyununda "Real" Madrid səfərdə "Valensiya"nı məğlub edib.

Qarşılaşma 2:1 hesabı ilə başa çatıb.

Qolları meydan sahibləri tərəfindən Uqo Duro (66-cı dəqiqə), qaliblər tərəfdən Vinisius Junior (86) və Benzema (88) vurublar.

Madrid klubu 5 turdan sonra İspaniya çempionatında 13 xalla liderdir. Valensiya 10 xalla üçüncüdür.

Növbəti turda "Real" Madrid evdə "Malyorka" ilə, "Sevilya" ilə səfərdə "Valensiya" ilə qarşılaşacaq. Hər iki görüş sentyabrın 22-də baş tutacaq.

скачать dle 12.1

Şərhlər