SON DƏQİQƏ
» » Türkiyə və Portuqaliya SON ANDA...-NƏTİCƏLƏR

Türkiyə və Portuqaliya SON ANDA...-NƏTİCƏLƏR

Tarix:

2-09-2021, 08:33

/ 1 651 dəfə oxundu.
Türkiyə və Portuqaliya SON ANDA...-NƏTİCƏLƏR

Futbol üzrə DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində IV tura start verilib.

İlk oyun günündə 5 qrupda 13 qarşılaşma baş tutub.

A qrupunda yer alan Azərbaycan millisi səfərdə Lüksemburqa 1:2 hesabı ilə uduzub.

 

Qrupun digər matçında Portuqaliya Ronaldonun son anda vurduğu qolla İrlandiyanı eyni hesabla üstələyib.

Son dünya çempionu Fransa Bosniya və Herseqovina ilə heç-heçə oynayıb - 1:1.

D qrupunda Qazaxıstan və Ukrayna komandalarının duelində də qalib müəyyənləşməyib - 2:2.

G qrupunda mübarizə aparan Türkiyə seçməsi Monteneqronunun müqavimətini qıra bilməyib. Oyunda 2:0 hesabı ilə üstünlük əldə edən Şenol Günəşin komandası son saniyədə rəqibin qoluna əngəl ola bilməyib.

Bu qrupda Norveç Niderlandla bərabərə qalib, Latviya isə Cəbəllütariqi məğlub edib.

DÇ-2022-nin seçmə mərhələsi
IV tur
1 sentyabr

A qrupu
Lüksemburq - Azərbaycan - 2:1
Qol: Mikael Pinto, 8. Jerson Rodrigeş, 28 (penalti) - Emin Mahmudov, 67

Portuqaliya - İrlandiya - 2:1
Qollar: Con Eqan, 45

D qrupu
Qazaxıstan - Ukrayna - 2:2
Qollar: Ruslan Valiullin, 74. 90+6. - Roman Yaremçuk, 2. Danylo Sikan, 90+3

Fransa - Bosniya və Herseqovina - 1:1
Qollar: Antuan Qrizman, 40 - Edin Ceko, 36

F qrupu
Danimarka - Şotlandiya - 2:0
Qollar: Daniel Vass, 14. Yoakim Mehle, 15

Farer adaları - İsrail - 0:4
Qollar: Eran Zahavi, 12. 44. Munas Dabbur, 52

Moldova - Avstriya - 0:2
Qollar: Kristof Baumgartner, 45+1, Arnautoviç, 90+4

G qrupu
Latviya - Cəbəllütariq - 2:1
Qollar: Vladislavs Gutkovskis, 50. 85 - Tjay De Barr, 71

Norveç - Niderland - 1:1
Qollar: Erlinq Holann, 20 - Davy Klaassen, 37

Türkiyə - Monteneqro - 2:2
Qollar: Cengiz Ünder, 9. Yusuf Yazıcı, 31. - Adam Marusic, 40, Radunoviç, 90+7

H qrupu
Rusiya - Xorvatiya - 0:0

Malta - Kipr - 3:0
Qollar: Cain Attard, 44. 54 Joseph Mbong, 46

Sloveniya - Slovakiya - 1:1
Qollar: Petar Stoyanoviç, 42 - Robert Bozenik, 32

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ