SON DƏQİQƏ
» » Türkiyənin qadın voleybolçuları YARIMFİNALDA

Türkiyənin qadın voleybolçuları YARIMFİNALDA

Tarix:

1-09-2021, 08:13

/ 1 532 dəfə oxundu.
Türkiyənin qadın voleybolçuları YARIMFİNALDA

Türkiyənin qadın voleybolçularının Avropa çempionatındakı qalibiyyət seriyası davam edir.

GunAz.Az xəbər verir ki, "Sultanlar” bu dəfə 1/4 final mərhələsində Polşanı 3:0 hesabıyla məğlub edərək yarımfinala yüksəliblər.

 

Xatırladaq ki, bundan əvvəl Türkiyə millisi D qrupu çərçivəsində keçirdiyi bütün oyunlarda qələbə qazanıb. Xanımlar Niderland, Rumıniya, Ukrayna, İsveç və Finlandiya seçmələrinə qalib gəliblər. 1/8 finalda isə "sultanlar” Çexiya yığmasından üstün olublar.

Qeyd edək ki, qadınlar arasında voleybol üzrə builki Avropa Çempionatı Serbiya, Rumıniya, Xorvatiya və Bolqarıstanın birgə ev sahibliyi ilə təşkil olunub.

скачать dle 12.1

Şərhlər