SON DƏQİQƏ
» » Şahmatçımız Avropa çempionatında QƏLƏBƏLƏRİNİ SIRALADI

Şahmatçımız Avropa çempionatında QƏLƏBƏLƏRİNİ SIRALADI

Tarix:

30-08-2021, 08:49

/ 1 365 dəfə oxundu.
Şahmatçımız Avropa çempionatında QƏLƏBƏLƏRİNİ SIRALADI

Bu gün Reykyavikdə kişilər arasında şahmat üzrə Avropa çempionatının dördüncü turunun oyunları keçirilib.

GunAz.az xəbər verir ki, qitə birinciliyinin dördüncü turunda şahmatçımız Rauf Məmmədov Yevgeni Romanovu (Rusiya) məğlub edərək aktivinə daha bir xal yazdırıb. Bununla da xalların sayını 3,5-ə çatdıran R.Məmmədov mövqeyini xeyli yaxşılaşdıraraq 8-ci yerə yüksəlib. Şahmatçımız Aydın Süleymanlı da turu qələbə ilə başa vurub. Belə ki, o, Rusiya təmsilçisi Aleksandra Maltsevskayanı (Rusiya) məğlub edib. Nicat Məmmədov Liviu-Dieter Nisipeanunu (Almaniya), Nicat Abasov Juraj Druska (Slovakiya) qarşılaşmaları heç-heçə ilə başa çatıb.

Qeyd edək ki, dörd turdan sonra şahmatçılarımız R.Məmmədov 3,5, N.Məmmədov 3, N.Abasov, A.Süleymanlı 2,5 xala malikdirlər.

İsveçrə sistemi üzrə keçirilən turnir 11 turdan ibarətdir.

скачать dle 12.1

Şərhlər