SON DƏQİQƏ
» » Qurban Qurbanov: "Çox möhtəşəm qalibiyyət oldu"

Qurban Qurbanov: "Çox möhtəşəm qalibiyyət oldu"

Tarix:

27-08-2021, 08:17

/ 1 470 dəfə oxundu.
Qurban Qurbanov: "Çox möhtəşəm qalibiyyət oldu"

"Futbolçularımı təbrik etmək istəyirəm. Dünən də bildirmişdim ki, ağır yol gəlmişik və çətin oyunlardan çıxmışıq. Oyunçular belə qələbəni haqq edirdilər".

GunAz.az-ın məlumatına görə, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Şotlandiyada "Aberdin"i 3:1 hesabı ilə məğlub etdikləri Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis stadiondakı atmosferin möhtəşəm olduğunu söyləyib: "Azarkeşlər də çox mədəni idi. Həm komanda, həm də baş məşqçiləri özlərini mədəni aparırdı. "Aberdin"ə və onların azarkeşlərinə uğurlar və daha yaxşı nəticələr arzulayıram. Sonda öz "Qarabağ"lılarımı, azərbaycanlılarımı təbrik edirəm. Həqiqətən çox möhtəşəm qalibiyyət oldu".

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ