
İtaliyanın "Yuventus” klubu Corco Kyellini ilə yeni müqaviləyə imza atıb.
Bu barədə "Yuventus” klubunun rəsmi "Twitter” səhifəsi məlumat yayıb.
36 yaşlı müdafiəçi 2023-cü ilə qədər "Qoca senyora”nın formasını geyinəcək.
Xatırladaq ki, Corco Kyellininin "Yuventus”la əvvəlki müqaviləsi iyunun 30-da başa çatmışdı və futbolçunun karyerasını başqa klubda davam etdirəcəyi barədə müxtəlif söz-söhbətlər gəzirdi.