Azərbaycan cüdoçusu Kəramət Hüseynov Tokio-2020 Yay Olimpiya Oyunlarına qələbə ilə başlayıb.
GunAz.az-ın məlumatına görə, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/16 final mərhələsində Eşli Makkenzi (Böyük Britaniya) ilə üz-üzə gəlib.
Rəqibinə qalib gələn Hüseynov 1/8 finalda gürcüstanlı Lukum Tsxvimianiyə rəqib olub.
Qadınlarında yarışında isə Aişə Qurbanlı 1/16 finalda Katarina Koştaya (Portuqaliya) uduzaraq mübarizəni dayandırıb.