SON DƏQİQƏ
» » Tokio-2020 başlayır - Bizi kimlər təmsil edəcək?-SİYAHI

Tokio-2020 başlayır - Bizi kimlər təmsil edəcək?-SİYAHI

Tarix:

23-07-2021, 08:39

/ 2 862 dəfə oxundu.
Tokio-2020 başlayır - Bizi kimlər təmsil edəcək?-SİYAHI

Bu gündən Tokio-2020 Yay Olimpiya Oyunlarına start verilir.

GunAz.az xəbər verir ki, bu gün rəsmi açılışı olacaq və 17 gün davam edəcək 32-ci Yay Olimpiadasında 204 ölkədən 11 mindən artıq atletin iştirakı gözlənilir. 

Onlar 33 idman növü üzrə 339 dəst medal uğrunda mübarizə aparacaqlar. Ötən il keçirilməli olan, lakin koronavirus pandemiyası üzündən təxirə salınan Olimpiada yubanma ilə təşkil edilən ilk yarış kimi tarixə düşəcək. 

 

İştirakçı 204 ölkə arasında Azərbaycan da yer alıb. 

40 lisenziyaya sahib yığmamız bədii gimnastikada qrup hərəkətlərində 5 nəfərlik komanda ilə təmsil olunacaq. Güllə atıcısı Ruslan Lunyov isə Tokioda 2 dəfə medal şansını sınayacaq yeganə təmsilçimizdir.

Tokio-2020-yə yollanacaq Azərbaycan idmançıları:

1. Anna Skidan (atletika, çəkicatma)
2. Maksim Şemberev (üzgüçülük, 400 m qarışıq)
3. Mariya Stadnik (qadın güləşi, 50 kq)
4. Şərif Şərifov (sərbəst güləş, 97 kq)
5. Zöhrə Ağamirova (bədii gimnastika, çoxnövçülük)
6. Yelizaveta Luzan, Darya Sorokina, Nərminə Səmədova, Ləman Əlimuradova, Zeynəb Hümmətova (bədii gimnastika, qrup çoxnövçülük)
7. Marina Nekrasova (idman gimnastikası, qadınlar çoxnövçülük)
8. İvan Tixonov (idman gimnastikası, kişilər çoxnövçülük)
9. Ruslan Lunyov (güllə atıcılığı, 25 və 50 m məsafəyə kiçikçaplı tapançadan atəşaçma)
10. Elçin Əsədov (velosiped idmanı, şosse velosipedi)
11. Milad Beiqi Harçeqani (taekvondo, 80 kq)
12. Nazim Babayev (atletika, üç təkanla tullanma)
13. Tayfur Əliyev (boks, 57 kq)
14. Hacı Əliyev (sərbəst güləş, 65 kq)
15. Turan Bayramov (sərbəst güləş, 74 kq)
16. İslam Abbasov (yunan-Roma güləşi, 87 kq)
17. Anna Başta (qılıncoynatma, sablya)
18. Elis Manolova (qadın güləşi, 68 kq)
19. Rafiq Hüseynov (yunan-Roma güləşi, 77 kq)
20. Fəridə Əzizova (taekvondo, 67 kq)
21. Rafael Ağayev (karate, 75 kq)
22. İrina Zaretska (karate, +61 kq)
23. Edi Reski Dviçahyo (badminton)
24. Kəramət Hüseynov (cüdo, 60 kq)
25. Orxan Səfərov (cüdo, 66 kq)
26. Rüstəm Orucov (cüdo, 73 kq)
27. Murad Fətiyev (cüdo, 81 kq)
28. Məmmədəli Mehdiyev (cüdo, 90 kq)
29. Zelim Kotsoyev (cüdo, 100 kq)
30. Uşanqi Kokauri (cüdo, +100 kq)
31. Aişə Qurbanlı (cüdo, 48 kq)
32. İrina Kindzerskaya (cüdo, +78 kq)
33. Rostislav Pevtsov (triatlon)
34. Cavid Çələbiyev (boks, 63 kq)
35. Lorenzo Sotomayor (boks, 69 kq)
36. Alfonso Dominqes (boks, 81 kq)
37. Məhəmməd Abdullayev (boks, +91 kq)
38. Firdovsi Fərzəliyev (karate, 67 kq)
39. Emin Cəfərov (stend atıcılığı)
40. Məryəm Şeyxəlizadəxangah (üzgüçülük)

скачать dle 12.1

Şərhlər