SON DƏQİQƏ
» » AVRO-2020: Ukraynadan tarixi nailiyyət, 1/4 finalçılar MƏLUM OLDU

AVRO-2020: Ukraynadan tarixi nailiyyət, 1/4 finalçılar MƏLUM OLDU

Tarix:

30-06-2021, 08:00

/ 2 797 dəfə oxundu.
AVRO-2020: Ukraynadan tarixi nailiyyət, 1/4 finalçılar MƏLUM OLDU

 Şotlandiyanın Qlazqo şəhərindəki "Hempden Park"da İsveç və Ukrayna milliləri üz-üzə gəlib. İtaliyalı referi Daniele Orsatonun idarə etdiyi qarşılaşmanın əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. 27-ci dəqiqədə ukraynalı müdafiəçi Aleksandr Zinçenkonun vurduğu qola 43-cü dəqiqədə isveçli yarımmüdafiəçi Emil Forsberq cavab verib.

Əlavə vaxtda skandinaviyalılar azlıqda qalıb. 99-cu dəqiqədə Markus Danielson ikinci sarı vərəqəni alaraq, meydandan qovulub. Onun sərt oyunu nəticəsində Artyom Besedin dizindən dəhşətli zədə alıb. Orsato Danielsona əvvəlcə sarı vərəqə göstərsə də, video-təkrara baxdıqdan sonra qırmızı vərəqəyə əl atıb.

Beləliklə, Ukrayna millisi Avropa çempionatında tarixi nailiyyətə imza ataraq, 1/4 finala yüksələn sonuncu komanda olub. Bu komandanın rəqibi isə İngiltərə olacaq.

Belə ki, futbol üzrə Avropa çempionatında 1/4 final mərhələsinin bütün cütlərinin tərkibi müəyyənləşib.

GunAz.az-ın məlumatına görə, növbəti mərhələyə iyulun 2-də Rusiyanın Sankt-Peterburq şəhərində start veriləcək. Həmin gün Bakı vaxtı ilə saat 20:00-da İsveçrə və İspaniya yığmaları üz-üzə gələcək. Saat 23:00-da isə Almaniyanın Münhen şəhərində Belçika və İtaliya milliləri görüşəcək.

İyulun 3-də ilk oyun Bakı Olimpiya Stadionunda Çexiya və Danimarka yığmaları qarşılaşacaq. Matçın start fiti saat 20:00-da çalınacaq. Saat 23:00-da İtaliyanın paytaxtı Romadakı Olimpiko stadionu Ukrayna və İngiltərə millilərinin ixtiyarına veriləcək.

Qeyd edək ki, yarımfinal oyunları 6-7 iyulda, final matçı 11 iyunda İngiltərənin paytaxtı Londondakı "Uembli" stadionunda keçiriləcək.

AbbasƏLİ

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ