SON DƏQİQƏ
» » AVRO-2020: İngiltərə – Almaniya matçında qolsuzluq - YENİLƏNİR

AVRO-2020: İngiltərə – Almaniya matçında qolsuzluq - YENİLƏNİR

Tarix:

29-06-2021, 21:15

/ 1 423 dəfə oxundu.
AVRO-2020: İngiltərə – Almaniya matçında qolsuzluq - YENİLƏNİR

Matçda ikinci hissə gedir. İndiyədək komandalar 32 dəfə qarşılaşıb. Bunlardan 13-də İngiltərə, 13-də Almaniya qalib gəlib, 6 görüş heç-heçə başa çatıb.

Top fərqində ingilislər qabaqdadır: 51:42.

20:49

Qarşılıqlı hücumlar şəraitində keçən görüşün ilk hissəsində qapılara qol vurulmadı.

 

20:01

Matç başladı.

19:30

Futbol üzrə Avropa çempionatı davam edir.

Bu gün AÇ-2020-nin 1/8 final mərhələsina yekun vurulacaq.

Mərhələnin sonuncu oyun günündə daha iki görüş baş tutacaq. Əvvəlcə Londondakı "Uembli” stadionunda meydan sahibi İngiltərə yığması Almaniya ilə üz-üzə gələcək.

Günün digər qarşılaşması isə Qlazqodakı "Hempden Park” stadionunda keçiriləcək. Burada İsveç və Ukrayna yığmaları 1/4 finala vəsiqə uğrunda mübarizə aparacaqlar.

AÇ-2020
1/8 final
29 iyun

20:00. İngiltərə – Almaniya
Baş hakim: Danni Makkeli (Niderland).
London. "Uembli” stadionu.

İngiltərə (3-4-3): 1. Cordan Pikford, 2. Kayl Volker, 3. Luk Şou, 4. Deklan Rays, 5. Con Stounz, 6. Hari Maquayr, 9. Hari Keyn (k), 10. Rahim Sterlinq, 12. Kiran Tripyer, 14. Kalvin Fillips, 25. Bukayo Saka.

Almaniya (3-4-3): 1. Manuel Noyer (k), 2. Antonio Rüdiqer, 4. Matias Qinter, 5. Mats Humels, 6. Yozua Kimix, 7. Kay Haverts, 8. Toni Kroos, 11. Timo Verner, 18. Leon Qoretska, 20. Robin Qosens, 25. Tomas Müler

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ