SON DƏQİQƏ

Danimarka və Çexiya BAKIYA GƏLİR

Tarix:

28-06-2021, 08:12

/ 3 539 dəfə oxundu.
Danimarka və Çexiya BAKIYA GƏLİR

Futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinin növbəti oyunu keçirilib.

GunAz.az xəbər verir ki, ikinci oyun gününün ilk matçında Niderland və Çexiya yığmaları üz-üzə gəlib. Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da oynanılmış görüş Çexiyanın qələbəsi ilə yekunlaşıb - 2:0.

Beləliklə, iyulun 3-də Bakı Olimpiya Stadionunda keçiriləcək 1/4 final matçında Bakıda Danimarka və Çexiya yığmaları qarşılaşacaq.

Qeyd edək ki, günün son oyununda Belçika və Portuqaliya milli komandaları üz-üzə gələcək. İspaniyanın Sevilya şəhərində "Estadio La Cartuja" stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Baş hakim almaniyalı Feliks Brix olacaq. Mərhələni keçən kollektiv 1/4 finalda İtaliya ilə görüşəcək.

***

Belçika millisi Torqan Azarın vurduğu yeganə qolla Portuqaliyanı 1-0 məğlub edərək, 1/4 finala yüksəldi. Bu mərhələdə Belçikanın rəqibi İtaliya seçməsi olacaq.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ