
Belarusun "Dinamo" klubu Çexiyanın "Viktoriya" (Plzen) komandasına qarşı UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ev oyununu doğma meydanda keçirə bilməyəcək.
GunAz.az xəbər verir ki, bu barədə Belarus təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
İyulun 28-nə nəzərdə tutulan qarşılaşma Batumi şəhərində oynanılacaq. Buna səbəb UEFA-nın Belarusda öz bayrağı altında oyunların təşkilinə qoyduğu qadağadır.