SON DƏQİQƏ
» » İtaliyadan diplomatik qalmaqal yaradacaq qərar: Türkiyəli azarkeşlər ölkəyə buraxılmayacaq

İtaliyadan diplomatik qalmaqal yaradacaq qərar: Türkiyəli azarkeşlər ölkəyə buraxılmayacaq

Tarix:

8-06-2021, 23:03

/ 1 416 dəfə oxundu.
İtaliyadan diplomatik qalmaqal yaradacaq qərar: Türkiyəli azarkeşlər ölkəyə buraxılmayacaq

Futbol üzrə Avropa Çempionatının başlanmasına qısa müddət qaldığı bir vaxtda İtaliya hökuməti "Şengen” bölgəsindən kənardakı dövlətlərdən ölkəyə girişi bağlayıb.

Bu barədə "La Repubblica” nəşri yazıb.

 

Sözügedən qərar "Avro-2020” çərçivəsində baş tutacaq İtaliya-Türkiyə oyununa qardaş ölkə azarkeşlərinin buraxılması məsələsində problem yaradacaq. Belə ki, oyunda Türkiyə millisini yalnız Şengen bölgəsinə daxil olan ölkələrdən türkiyəli azarkeşlər dəstəkləyə biləcək.

Türkiyə mətbuatı bu qərarın İtaliya ilə Türkiyə arasında diplomatik gərginlik yarada biləcəyini qeyd edib.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ