SON DƏQİQƏ
» » Teymur Rəcəbov heç-heçə edib-MÜBARİZƏ DAVAM EDİR

Teymur Rəcəbov heç-heçə edib-MÜBARİZƏ DAVAM EDİR

Tarix:

31-05-2021, 09:28

/ 1 449 dəfə oxundu.
Teymur Rəcəbov heç-heçə edib-MÜBARİZƏ DAVAM EDİR

Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi "Champions Chess Tour" onlayn seriyasının "The FTX Crypto Cup" turnirində final mərhələsinin birinci dövrəsinin oyunları keçirilib.

GunAz.az bildirir ki, bu mərhələnin dörd partiyadan ibarət birinci dövrəsində Azərbaycan şahmatçısı Teymur Rəcəbov 3-cü yer uğrunda rusiyalı Yan Nepomnyaşi ilə görüşüb. Qarşılaşma heç-heçə ilə başa çatıb.

Turnirin qalibi adı uğrunda M.Karlsenin ABŞ şahmatçısı Uesli So ilə görüşü də heç-heçə ilə başa çatıb.

"The FTX Crypto Cup" turnirinin mükafat fondunu 220 min ABŞ dolları məbləğində pul mükafatı və 100 min dollar dəyərində "bitcoin" təşkil edir.

 

"Champions Chess Tour" onlayn şahmat seriyası ümumilikdə 10 turnirdən ibarətdir. Sentyabradək davam edəcək seriyanın ümumi mükafat fondu isə 1,5 milyon dollardır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ