Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində III tura start veriləcək.
GunAz.az-ın məlumatına görə, ilk oyun günündə 8 qarşılaşma keçiriləcək.
Turnirin son qalibi Almaniya "Bavariya"sı Avstriyada "Zaltsburq”un qonağı olacaq. A qrupunun digər matçında "Lokomotiv" Rusiyada İspaniya "Atletiko"sunu qəbul edəcək.
Günün maraqla gözlənilən qarşılaşması İspaniyada baş tutacaq. İki tur ərzində qələbə qazana bilməyən "Real Madrid" İtaliya "İnter"i ilə üz-üzə gələcək. B qrupunda Ukraynanın Şaxtyor və Almaniyanın "Borussiya” (Mönhenqladbax) komandaları da qarşılaşacaq.
Xal durumu: "Bavariya” - 6, "Atletiko” - 3, "Lokomotiv” - 1, "Zaltsburq” - 1
Xal durumu: "Şaxtyor” - 4, "Borussiya” M - 2, "İnter” - 2, "Real Madrid” - 1
Xal durumu: "Mançester Siti” - 6, "Portu” - 3, "Olimpiakos” - 3, "Marsel” - 0
Xal durumu: "Liverpul” - 6, "Atalanta” - 4, "Ayaks” - 1, "Midtüllann” - 0