Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulacaq.
GunAz.az-ın məlumatına görə, VI turun ikinci oyun günündə A, B C və D qruplarındakı komandalar qarşılaşacaqlar.
Türkiyənin turnirdəki yeganə təmsilçisi "Qalatasaray" Fransada PSJ-nin qonağı olacaq. A qrupunun digər matçında "Brügge" Belçikada İspaniyanın "Real Madrid" klubun qəbul edəcək. Madrid və Paris təmsilçiləri 1/8 finala vəsiqəni təmin ediblər. Son oyunların ardından Avropa Liqasında çıxış edəcək komanda da müəyyənləşəcək. İstanbul təmsilçisi bu vəsiqəni qazanmaq üçün qalib gəlməli, "Brügge"nin isə xal itirməsini gözləməlidir.
B qrupunda Almaniyanın "Bavariya" və İngiltərənin "Tottenhem" klublarının 1/8 finalda çıxış edəcəkləri öncədən dəqiqləşib. Bu komandalar son turda Münhendə üz-üzə gələcəklər. Yunanıstan "Olimpiakos"u isə Serbiya "Srvena Zvezda"sını qəbul edəcək. Qonaqlar ən azı heç-heçə sayəsində Avropa Liqasında iştirak hüququna sahib olacaqlar.
İngiltərənin "Mançester Siti" komandasının 1/8 finalı təmin etdiyi C qrupunda digər üç kollektivin növbəti mərhələ şansları qalır. "Şaxtyor" Ukraynada İtaliya "Atalanta"sını qəbul edəcək. Donetsk təmsilçisi qələbə qazansa, digər görüşün nəticəsindən asılı olmayaraq 1/8 finala yüksələcək. "Dinamo" (Zaqreb) isə Xorvatiyada "Mançester Siti"ni məğlub etməli və "Şaxtyor"un xal itirməsinə ümid etməlidir. "Atalanta" "play-off" üçün qələbə qazanmalı və Zaqreb klubunun büdrəməsini gözləməlidir.
Nəhayət D qrupunda Almaniyanın digər təmsilçisi "Bayer" (Leverkuzen) İtaliya "Yuventus"u, İspaniya "Atletiko"su isə Rusiya "Lokomotiv"i ilə qarşılaşacaq. Turin klubu bundan öncəki turda mərhələni təmin edib. Madrid təmsilçisi qələbə qazansa, digər görüşün nəticəsindən asılı olmayaraq 1/8 finalda çıxış edəcək.
Beləliklə,. Bu gecə 1/8 finala son 2 vəsiqə sahibini tapacaq.
Çempionlar Liqası
Qrup mərhələsi, VI tur
11 dekabr
A qrupu
24:00. PSJ (Fransa) - "Qalatasaray" (Türkiyə)
24:00. "Brügge" (Belçika) - "Real Madrid" (İspaniya)
Xal durumu: PSJ – 13, "Real Madrid" - 8, "Brügge" - 3, "Qalatasaray" - 2.
B qrupu
24:00. "Bavariya" (Almaniya) - "Tottenhem" (İngiltərə)
24:00. "Olimpiakos" (Yunanıstan) - "Srvena Zvezda" (Serbiya)
Xal durumu: "Bavariya" - 15, "Tottenhem" - 10, "Srvena Zvezda" - 3, "Olimpiakos" - 1.
C qrupu
21:55. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Mançester Siti" (İngiltərə)
21:55. "Şaxtyor" (Donetsk, Ukrayna) - "Atalanta" (İtaliya)
Xal durumu: "Mançester Siti" - 11, "Şaxtyor" - 6, "Dinamo" - 5, "Atalanta" - 4.
D qrupu
24:00. "Bayer" (Leverkuzen, Almaniya) - "Yuventus" (İtaliya)
24:00. "Atletiko" (Madrid, İspaniya) - "Lokomotiv" (Moskva, Rusiya)
Xal durumu: "Yuventus" - 13, "Atletiko" - 7, "Bayer" - 6, "Lokomotiv" - 3.