SON DƏQİQƏ
» » Rəsmən təsdiqləndi - Messi "Barselona"dan gedir

Rəsmən təsdiqləndi - Messi "Barselona"dan gedir

Tarix:

25-08-2020, 23:28

/ 1 367 dəfə oxundu.
Rəsmən təsdiqləndi - Messi "Barselona"dan gedir

"Barselona”nın kapitanı Lionel Messinin komandadan ayrılacağı haqda növbəti xəbər yayılıb.

GunAz.az xəbər verir ki, argentinalı hücumçu Kataloniya klubunu tərk etməklə bağlı qəti qərar verib.

Messinin kluba bununla bağlı faks göndərdiyi bildirilib. Qeyd olunub ki, 33 yaşlı futbolçu hər mövsümün sonunda müqaviləsini birtərəfli qaydada ləğv etmək hüququndan istifadə etmək istəyir. Messinin komandanın yeni mövsüm üçün hazırlıqlarında iştirak etməyəcəyini də kluba bildirdiyi iddia edilir.

"Football Espana” isə yazır ki, "Barselona” Messinin komandadan getmək istədiyini təsdiqləyib. Lakin Kataloniya klubu komandanın liderini bu fikrindən daşındırmaq üçün bütün imkanlardan istifadə edəcəyi bildirilib.

Artıq "Barselona” rəhbərliyi Messinin komandada saxlanılması üçün təcili iclas çağırıb. Klub prezidenti Xosep Bartomeunun isə Messinin müqaviləsini ləğv etməsinə qanuni şəkildə mane olmaq istədiyi bildirilib.

Qeyd edək ki, Messi ilə PSJ, "Mançester Siti” və "İnter” maraqlanır. qol.az


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ