SON DƏQİQƏ

Türkiyə çempionu aşağı liqaya düşdü

Tarix:

27-05-2019, 08:20

/ 892 dəfə oxundu.
Türkiyə çempionu aşağı liqaya düşdü

Türkiyə Superliqasında 2018-2019 mövsümünə yekun vurulub.

34-cü turun son oyun günündə 4 qarşılaşma keçirilib.

"Fənərbaxça" doğma azarkeşləri önündə "Antalyaspor"u məğlub edib - 3:1. Bu qələbədən sonra xallarını 46-ya çatdıran İstanbul təmsilçisi çempionatı 6-cı pillədə bitirib.

Superliqada qalmaq uğrunda mübarizə aparan "Göztəpə" və "Bursaspor" da mövsümü qələbə ilə başa vurub. Bu nəticə birinciləri elitada saxlasa da, Bursa təmsilçisi birinci liqaya düşüb.


26 may

"Fənərbaxça" - "Antalyaspor" - 3:1
Qollar:
 M. Zayts, 13 (1:0), M. Erdinc, 33 (1:1), E. Elmas, 69 (2:1), V. Mozes, 90+1


"Göztəpə" - "Ankaragücü" - 2:1
Qollar:
 A. Öztürk, 14 (1:0), M. Pazdan, 74 (1:1), D. Kadah, 84 (2:1)


"Kayserispor" - "Ərzurumspor" - 0:2
Qollar:
 T. Antalyalı, 12 (0:1), G. Sunu, 43 (0:2)


"Yeni Malatyaspor" - "Bursaspor"- 1:2
Qollar:
 Y. Ərdoğan, 4 (0:1), U. Nayir, 20 (0:2), A. Kamara, 61



Qeyd edək ki, "Qalatasaray"ın çempion olduğu mövsümdə "Başakşəhər" gümüş, "Beşiktaş" isə bürünc medallara sahib çıxıb. Türkiyədə çempion olan 5 komandadan biri olan "Bursaspor"la yanaşı, "Qarabağ"ın sabiq qapıçısı İbrahim Şehiçin formasını geyindiyi "Ərzurumspor" və "Akhisar" da Superliqa ilə vidalaşıb (Qol.az).

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ