SON DƏQİQƏ
» » Türkiyə kubokunda növbəti yarımfinalçılar müəyyənləşdi

Türkiyə kubokunda növbəti yarımfinalçılar müəyyənləşdi

Tarix:

8-02-2018, 07:36

/ 1 630 dəfə oxundu.
Türkiyə kubokunda növbəti yarımfinalçılar müəyyənləşdi

 

Gunaz.az xəbər verir ki, 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində iki qarşılaşma baş tutub.

“Kayserispor”un qonağı olan “Akhisar” oyundan 2:2 hesablı bərabərliklə ayrılıb. İlk matçda 3:2 hesablı qələbə qazanmış komanda adını yarımfinala yazdırıb.

Növbəti oyunda “Fənərbaxça” meydana çıxıb. İstanbul təmsilçisi səfərdə 2:1 hesabı ilə qalib gəldiyi aşağı dəstə təmsilçisi “Girəsunspor”u qəbul edib. Bu matçda da eyni hesaba sevinən “sarı-bülbüllər” finalın bir addımlığına yüksəlib.

Qeyd edək ki, Türkiyə Kubokunda son yarımfinalçı bu gün “Qalatasaray” – “Konyaspor” (ilk oyun – 2:2) matçından sonra məlum olacaq.

скачать dle 12.1

Şərhlər