SON DƏQİQƏ
» » “Trabzonspor” 8 illik "Fənər" tilsimini qırdı

“Trabzonspor” 8 illik "Fənər" tilsimini qırdı

Tarix:

26-11-2018, 08:15

/ 10 295 dəfə oxundu.
“Trabzonspor” 8 illik "Fənər" tilsimini qırdı

Noyabrın 25-də futbol üzrə Türkiyə Superliqasının XIII turunda "Trabzonspor" komandası öz meydanında "Fənərbağça"nı qəbul edib.

GunAz.az bildirir ki, maraqlı keçən qarşılaşmada meydan sahibləri rəqibini 2:1 hesabı ilə məğlub ediblər. Oyunda hesab ikinci hissədə açılıb. Əllinci dəqiqədə "Trabzonspor"un heyətində Filip Novak komandasını hesabda irəli çıxardıb. 75-ci dəqiqədə isə Jose Sosa hesab arasındakı fərqi ikiyə çatdırıb. Bundan yeddi dəqiqə sonra İstanbul təmsilçisi bu qollardan birinin əvəzini çıxıb. "Fənərbağça"nın isveçrəli hücumçusu Mixael Frey fərqlənib.

Matçda başqa qol olmayıb və "Trabzonspor" 2010-cu ildən bəri qalib gələ bilmədiyi İstanbul komandasını, nəhayət, məğlub etməyi bacarıb. Bu qələbədən sonra hesabındakı xallarının sayını 19-a çatdıran Ünal Karamanın komandası turnir cədvəlində yeddinci pilləyə yüksəlib.

Qeyd edək ki, "Bordo-mavililər" səkkiz il əvvəl öz meydanında "Fənərbağça"ya 3:2 hesabı ilə qalib gəldikdən sonra rəqibi ilə aralarında oynanılan 18 matçdan 10-da uduzub. Səkkiz qarşılaşma isə heç-heçə yekunlaşıb.

Tura noyabrın 26-da keçiriləcək "Göztəpə" - "Başakşəhər" matçı ilə yekun vurulacaq.

On üç turdan sonra "Başakşəhər" komandası 27 xalla çempionata liderlik edir. Bu gün oynanılan matçda "Yeni Malatyaspor"dan 3:0 hesabı ilə üstün olan və 25 xal toplayan "Kasımpaşa" ikinci yerə yüksəlib. Hesabında 24 xal olan "Qalatasaray" üçüncü sırada qərarlaşıb. 21 xala malik "Beşiktaş" komandası dördüncüdür.

скачать dle 12.1

Şərhlər