SON DƏQİQƏ

Super liqa bol qollarla başladı

Tarix:

2-03-2019, 08:13

/ 10 272 dəfə oxundu.
Super liqa bol qollarla başladı

Türkiyə Super Liqasında XXIV tura start verilib. Milli.Az matç.az-a istinadən bildirir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

GunAz.az bildirir ki, açılış matçında "Antalyaspor" "Ankaragücü"nü qəbul edib. Azarkeşlərin 6 qola şahidlik etdiyi oyunda qonaqlar 3 xala seviniblər.

Meydan sahiblərinin heyətində Çiko və Sanqare fərqlənibsə, ankaralıların 3 qoluna Orgill, bir qoluna isə Boyd imza atıb.

Qeyd edək ki, 24 oyundan sonra aktivində 32 xal olan "Antalyaspor" turnir cədvəlinin 7-ci, 30 xala malik "Ankaragücü" isə 11-ci pilləsində qərarlaşıb.

Türkiyə Super Liqası

XXIV tur

"Antalyaspor" - "Ankaragücü" - 2:4

Çiko, 19, Sanqare, 30 - Orgill, 21, 26, 41, Boyd, 90+6

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ