SON DƏQİQƏ
» » Ramil Şeydayev “Jilina”da ilk qolunu vurub-VİDEO

Ramil Şeydayev “Jilina”da ilk qolunu vurub-VİDEO

Tarix:

2-04-2017, 23:16

/ 4 728 dəfə oxundu.
Ramil Şeydayev “Jilina”da ilk qolunu vurub-VİDEO

Slovakiya Fortuna Liqasında XXIII turu davam edir.
Apasport.az saytının məlumatına görə, milli komandamızın üzvü Ramil Şeydayevin formasını geyindiyi "Jilina” da növbəti matçına çıxıb.
"Yaşıl-sarılar” doğma meydanda "Presov”la qarşılaşıblar. Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Ramil ehtiyat oyunçular skamyasında başladığı matçın 62-ci dəqiqəsində oyuna daxil olub və 79-cu dəqiqədə komandasının 3-cü qoluna imza atıb. Beləliklə, millimizin hücumçusu Slovakiya çempionatında ilk qolunu vurub.
Qeyd edək ki, 23 oyundan sonra aktivində 55 xal olan "Jilina” turnir cədvəlinin zirvəsində yer alıb.

GUNAZ.az

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər