SON DƏQİQƏ

Ziko: "Messini Pele ilə müqayisə etmək olmaz"

Tarix:

3-01-2019, 11:49

/ 10 284 dəfə oxundu.
Ziko: "Messini Pele ilə müqayisə etmək olmaz"

Məşhur braziliyalı futbolçu Ziko "Barselona"nın forvardı Lionel Messinin səviyyəsini Diyeqo Maraona və Pelenin oyunu ilə müqayisə edib.

Ziko bildirib ki, Messi Maradona səviyyəsinə yaxındır, lakin onu Pele ilə müqayisə etmək olmaz. "Mən hələ də hesab edirəm ki, Maradona Messidən yaxşıdır. Lakin onları Pelə ilə müqayisə etmək olmaz. Pele görkəmli futbolçunun malik olmalı olduğu bütün keyfiyyət və xarakterlərə sahibdir.

Allah Peleni yaradarkən, futbolçuya gərək olan bütün keyfiyyətləri onda müəyyən edib: sürət, güc, impulsivlik, texnika, driblinq, ayaqla, başla vurmaq qabiliyyəti. Başla zərbə vurmaq üçün az adam onun kimi hündürə tullana bilirdi. Pelenin boyu isə 170 santimetrdir.

Messidə əməli olaraq hər şey var, lakin Peledəki kimi dünya çempionu titulu yoxdur. Bunun böyük əhəmiyəti var. Lakin Maradona dünya çempionu olub. Və onun çıxış etdiyi komanda Messinin oynadığı komanda kimi deyildi. Onun komandasında Lioneldə olduğu kimi Suares, İnyesta, Xavi, Pike yox idi".

скачать dle 12.1

Şərhlər