Dünya futbol tarixinin ən yaxşı iki futbolçusu - Pele və Maradona yenidən üz-üzə gəlib. "Napoli”nin çempionluğunun 30-cü ildönümü ilə bağlı keçirilən mərasimə qatılan Maradona biletlərin həddindən artıq baha olmasına bu cür cavab verib: "Biletin qiymətinin 300 avro olmasından şikayətçi olanlar var. Bilirsinizmi qiyməti niyə 300 avro etdik? Çünki Pele öz şousunu 200 avroya edirdi. Biz ona görə 300 avro etdik ki, Pele ikinci sırada olsun, bizdən aşağıda dayansın. O, həmişə ikinci olmağa məcburdur”. Qeyd edək ki, ikili tez-tez "ən böyük kimdir” sualı ilə gündəmə gəlsə də, Pele 2000-ci ildə XX əsrin futbolçusu seçilib.