SON DƏQİQƏ
» » “Neftçi” Rumıniya və Çexiya klubları ilə qarşılaşacaq

“Neftçi” Rumıniya və Çexiya klubları ilə qarşılaşacaq

Tarix:

21-12-2018, 19:00

/ 10 296 dəfə oxundu.
“Neftçi” Rumıniya və Çexiya klubları ilə qarşılaşacaq

“Neftçi” PFK Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Sumqayıt”la cavab oyunundan sonra istirahətə buraxılıb. 

GunAz.az xəbər verir ki, komandanın üzvləri bir də yanvarın 6-da bir araya gələcək.

Ayın 13-dək Bakıda təlim-məşq toplanışı keçəcək “ağ-qaralar” həmin gün Türkiyəyə yola düşəcək.

Xatırladaq ki, yanvarın 13-dən 27-dək Türkiyənin Antalya şəhərindəki Manavqat bölgəsində yerləşən “The Sense De Luxe” hotelində məskunlaşacaq komandamız ayın 18-də “Qaz Metan” (Rumıniya), 23-də isə “Slovan” (Çexiya) klubları ilə yoxlama oyunu keçirəcək. Ayın 26-dakı rəqibin adına aydınlıq gələndən sonra bu haqda məlumat veriləcək.

скачать dle 12.1

Şərhlər