SON DƏQİQƏ
» » “Qarabağ”ın Çempionlar Liqasına hazırlıq planı bəlli oldu

“Qarabağ”ın Çempionlar Liqasına hazırlıq planı bəlli oldu

Tarix:

25-05-2018, 23:35

/ 10 476 dəfə oxundu.
“Qarabağ”ın Çempionlar Liqasına hazırlıq planı bəlli oldu

Futbol üzrə Azərbaycan Premyer Liqasının qalibi olan “Qarabağ” klubunun yay təlim-məşq toplanışının proqramı müəyyənləşib.

Gunaz.az Report-a istinadla xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv iyunun 13-də Bakıda bir araya gələcək. Paytaxtda bir həftə hazırlıq keçəcək ağdamlılar ayın 20-də Avstriyaya yollanacaq. Tirol şəhərinə yaxın Kössen qəsəbəsində məskunlaşacaq “Qarabağ”ın orada hansı müddətdə toplanışda olacağı Çempionlar Liqasının (ÇL) püşkünün nəticəsindən asılı olacaq.

Mübarizəyə I təsnifat mərhələsindən qoşulacaq Ağdam klubu ilk oyunu evdə keçirəcəyi halda, iyulun 5-də Bakıya dönəcək. İlk görüş səfərdə olacağı təqdirdə isə komanda Avstriyadan birbaşa qarşılaşacağı rəqibin ölkəsinə üz tutacaq.

Qeyd edək ki, “Qarabağ” son illər yay təlim-məşq toplanışını Kössendə keçir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ