SON DƏQİQƏ
» » “Qəbələ” Türkiyədə Almaniya klubu ilə futbol matçı keçirəcək

“Qəbələ” Türkiyədə Almaniya klubu ilə futbol matçı keçirəcək

Tarix:

5-12-2018, 18:00

/ 10 326 dəfə oxundu.
“Qəbələ” Türkiyədə Almaniya klubu ilə futbol matçı keçirəcək

“Qəbələ”nin 2018/2019 mövsümünün qış fasiləsindəki hazırlıq planı müəyyənləşib. 

GunAz.az xəbər verir ki, Azərbaycan kubokunun 1/4 final mərhələsinin dekabrın 20-də keçiriləcək cavab oyunundan sonra istirahətə buraxılacaq “qırmızı-qaralar” yanvarın 6-da Bakıda bir araya gələcək.

Sənan Qurbanovun baş məşqçisi olduğu komanda ayın 13-dək paytaxtda hazırlıq keçəcək.

Mövsümün ikinci yarısına hazırlığın növbəti mərhələsi Türkiyədə gerçəkləşəcək. “Qəbələ” yanvarın 13-dən 27-dək Antalya şəhərində təlim-məşq toplanışında olacaq. “Qırmızı-qaralar” Lara bölgəsindəki “Trendi Hotel”də məskunlaşacaq.

Türkiyə toplanışı müddətində dörd yoxlama oyunu nəzərdə tutulub. Komanda yanvarın 16, 20, 24 və 26-da keçiriləcək matçlarda qüvvəsini sınayacaq. Bu qarşılaşmalardakı rəqiblərdən ikisi dəqiqləşib. “Qəbələ” yanvarın 16-da Almaniyanın III liqa klubu “Mepen”lə üz-üzə gələcək. Ayın 24-dəki rəqib isə Rusiya təmsilçisi “Fakel” olacaq.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ